Oman Dəniz Qüvvələrinin simulyatoru Meteksan Savunmadan
Türkiyənin Meteksan Savunma şirkəti Oman Dəniz Qüvvələrinin açdığı “Yara Müdafiə Təlim Simulyatoru” tenderini qazanıb. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.
Artıq bununla bağlı tərəflər arasında müvafiq anlaşma imzalanıb. Simulyator Oman Dəniz Qüvvələrinə üzən birliklərdə meydana gələcək fövqəladə vəziyyətlərdə personalın atacağı addımları imitasiya etməyə imkan verəcək.
METEKSAN Savunma şirkətinin baş direktoru Murat Erciyes Anadolu agentliyinə müsahibəsində tenderdə İngiltərə, Norveç, Hindistan və Malayziya firmalarının qatıldığını bildirib.
Simulyator tenderinin ümumi dəyəri 10-15 milyon TL civarındadır.
KATEQORIYA: Müdafiə