“Otokar” “Akrep II R” kəşfiyyat və müşahidə maşınını ilk dəfə IDEF 2023-də sərgiləyib

“Otokar” “Akrep II R” kəşfiyyat və müşahidə maşınını ilk dəfə IDEF 2023-də sərgiləyib

“Otokar” şirkəti “Akrep II R” kəşfiyyat və müşahidə maşınını ilk dəfə IDEF 2023 sərgisində nümayiş etdirir.

“Poliqon” “Otokar” şirkətinə istinadən xəbər verir ki, o, “Akrep II” zirehli maşın ailəsinin yeni üzvüdür.

Qabaqcıl kəşfiyyat və müşahidə maşını kimi inkişaf etdirilən “Akrep II R” kiçik silueti ilə döyüş sahəsinə yaxın bölgədə asanlıqla kəşfiyyat və müşahidə fəaliyyətlərini yerinə yetirmək bacarığına, eyni zamanda, əldə etdiyi məlumatı döyüş meydanı idarəetmə sistemi ilə üzərindəki peyk rabitə sistemi sayəsində komanda idarəetmə mərkəzinə göndərmək imkanına malikdir. Bundan başqa, zirehli kəşfiyyat maşınının üzərinə uzaqdan idarə olunan müxtəlif silah sistemlərini də inteqrasiya etmək mümkündür.

Qeyd edək ki, “Otokar” şirkəti “Akrep II” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyasını ilk dəfə 2019-cu ildə, “Akrep IId” dizel versiyasını isə 2021-ci ildə təqdim edib.

Poliqon.az

CATEGORIES