
Pakistan Günü münasibəti ilə İslamabad şəhərində keçirilən hərbi paradda ilk dəfə olaraq Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterləri də nümayiş olunub.
“AzeriDefence”nin məlumatına görə, yayımlanan videoda 3 ədəd T-129 ATAK helikopterinin paradın keşirildiyi meydanın üzərindən uçduğu görünür.
T-129 ATAK helikopterinin Pakistanda sınaqları 2016-cı ildə keçirilib. Sınaqlar ölkənin şimalındakı dağlı ərazidə sərt hava şəraitində keçirilib və uğurlu olub.
Bəzi məlumatlara görə, Pakistanın Türkiyədən 2 ATAK eskadrilyası almaq planı var.
https://www.youtube.com/watch?v=mUOjH2PfuAQ





