“Poliqon”/ “AzeriDefence” jurnalının 3 (59) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” jurnalının 3 (59) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” hərbi texnoloji jurnalının May-İyun 2022-ci il tarixli 3 (59) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız “Poliqon” səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

“Poliqon” jurnalının yeni sayında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevlə müsahibə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla müsahibə, “TEKNOFEST Azərbaycan” festivalı – strateji müttəfiqlik göstəricisi, “ASELSAN AZƏRBAYCANDA YENİ LAYİHƏLƏR HAZIRLAYIR”, Dr. Mehmet Akif NACAR: “HvBS döyüş idarəetmə sistemi Azərbaycan ordusunun istismarına veriləcək”, “Gələcəyin silahı – Lazer fantastik düşüncənin real məhsulu”, “ƏN SON ROKETSAN HƏLLƏRİ AZƏRBAYCANDA”, Özgür Güleryüz: “Azərbaycan Silahlı Qüvvələri üçün sistemlər hazırlayıb birlikdə istehsal etmək istəyirik” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES