POLİQON hərbi-kosmik texnoloji jurnalının 6 (68) 2023 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 6 (68) 2023 sayı

POLİQON hərbi-kosmik jurnalının noyabr-dekabr 2023-cü il tarixli 6 (68) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimovla və Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviçlə müsahibələr, “Dubai Airshow 2023” və SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgilərində nümayiş etdirilən müasir texnoloji həllər barəsində ətraflı məlumatlar, habelə “Xankəndidə güc nümayişi – Zəfər hərbi paradı”, “Türkiyədən Bosniya və Herseqovinaya böyük dəstək”, “Azərbaycan Prezidenti Serbiyada hərbi texnika və silahlara baxış keçirib”, “SAMUR səyyar üzən hücum körpüsü”, “Atıcı si̇lahlar üçün termal ni̇şangahlar”, “Yeni nəsil yüngül tankların inkişaf perspektivləri – II HİSSƏ”, “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin”, “REGİONAL FOKUS: Türkmənistan Ordusunun modernləşmə perspektivləri” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES