Polşa Cənubi Koreyadan FA-50 döyüş təyyarələri alacaq

Polşa Cənubi Koreyadan FA-50 döyüş təyyarələri alacaq

Polşa Cənubi Koreyanın “Korea Aerospace İndustries” (KAİ) şirkətindən 48 ədəd FA-50 “Fighting Eagle” döyüş təyyarəsi alacaq.

“Poliqon” xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) bu planı iki ölkə arasında ikitərəfli müdafiə satınalmaları sazişinin bir hissəsi kimi təsdiqləyib.

Bildirilib ki, FA-50 “Fighting Eagle” döyüş təyyarələri Polşaya 2023-cü ildən etibarən tədarük ediləcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS