HavaXəbərlər

Polşa HDQ üçün ABŞ-dan V-BAT PUA-ları alınır

Polşanın Silahlanma Agentliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkanlarının artırılması üçün ABŞ-ın “Sheild AI” şirkəti ilə V-BAT VTOL (vertikal qalxma-enmə) tipli pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Sheild AI” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən, tədarük ediləcək V-BAT sistemləri Polşa Hərbi Dəniz Qüvvələrinin gəmilərində yerləşdiriləcək və dəniz məkanında vəziyyətin izlənilməsi, kəşfiyyat, müşahidə və nəzarət (ISR) fəaliyyətlərinin dəstəklənməsi üçün istifadə olunacaq. Yeni sistemlərin tətbiqi komandirlərin əməliyyat mühitində baş verən fəaliyyətlər və potensial təhlükələr barədə məlumatlılığını artıracaq.

V-BAT NATO-nun I sinif vertikal qalxma-enmə imkanına malik pilotsuz uçuş aparatıdır. O, 12 saatdan artıq havada qalma müddəti və ağır yanacaqla işləyən mühərriki ilə seçilir. Elektron müharibə şəraitində fəaliyyət göstərmək üçün hazırlanmış V-BAT, müxtəlif əməliyyat mühitlərində sınaqdan keçirilib.

Tək mühərrik və qapalı rotor quruluşu ona gəmi göyərtələrindən, şəhərdə binaların damlarından və məhdud infrastruktur şəraitində əlavə avadanlıq olmadan təhlükəsiz qalxma və enmə imkanı verir. Bu xüsusiyyətlər V-BAT-ı xüsusilə dəniz və ekspedisiya əməliyyatları üçün effektiv platformaya çevirir.

Back to top button