Qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram “marixuana”, 100 qram “tiryək” və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.