Qatarda DIMDEX-2012 hərbi dəniz sərgisi başlayıb

Qatarın paytaxtı Doha şəhərində DIMDEX-2012 beynəlxalq hərbi dəniz sərgisi və konfransı işə başlayıb. “AzeriDefence”nin məlumatına görə, sərgi çərçivəsində Yaxın Şərq Dəniz Qüvvələri Komandanlarının Konfransı keçirilir.

Sərgidə dünyanın müxtəlif ölkələrindən 164 şirkət iştirak edir.

İştirakçılar arasında dünyanın Aeromaritime Systems, ASELSAN, Atlas Elektronik GmbH, Boeing, CASSIDIAN, CMN, DCNS, DIEHL, EADS, Fincantieri, HAVELSAN, L-3 Communications, MBDA, Navantia, Oto Melara, Raytheon, Rheinmetall defence, Sikorsky, Thales və s kimi tanınmış şirkətləri var.

Sərgidə ayrıca milli pavilyona malik Türkiyəni başda Müdafiə Sənayesi Katibliyi olmaqla 18 şirkət təmsil edir. Türkiyə pavilyonunda A.D.I.K, Ares Shipyard, ASELSAN, BITES, C2TECH, DEARSAN, Defense Turkey, ETC-IS, ETC Simulation, GATE Elektronik, HAVELSAN, METEKSAN, MILSOFT, RMK Marine, STM, TISAS, Yakupoğlu və Yonca – Onuk şirkətləri stendlərlə təmsil olunurlar.

Sərgidə Avstraliyanı HMAS Melbourne FFG05, Fransanı FNS Cassard D614, Türkiyəni TCG Giresun F491, Hindistanı INS Betwa F39, Mərakeşi RMNS Tarek ben-Ziad F613, Omanı RONS Musandam B14, Pakistanı PNS Babur D182, PNS Madadgar A22, PNS Shujaat P1030, ABŞ-ı USS Pearl Habor LSD 52, İngiltərəni HMS Daring D32 və HMS Quorn M41 döyüş və yardımçı gəmilər təmsil edəcək. Doha limanına yan alacaq bu gəmilər yerli və xarici ölkələrin yüksək rütbəli hərbi nümayəndələrinin ziyarəti üçün açıq olacaq.

CATEGORIES