“Rheinmetall” adı açıqlanmayan ölkəyə HHM sistemləri tədarük edəcək

“Rheinmetall” adı açıqlanmayan ölkəyə HHM sistemləri tədarük edəcək

Almaniyanın “Rheinmetall” şirkəti adı açıqlanmayan Avropa ölkəsinə “Skynex” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəfələr arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Skynex” HHM sistemlərinin sifarişçiyə çatdırılması 2025-ci il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, hazırda “Skynex” HHM sistemi Ukrayna-Rusiya müharibəsində Ukrayna tərəfindən istifadə olunmaqdadır.

CATEGORIES
TAGS