QuruXəbərlər

“Roketsan” L-OMTAS tank əleyhinə raket sisteminin seriyalı istehsalına başlayıb – VİDEO

Türkiyənin “Roketsan” şirkəti L-OMTAS lazerlə idarə olunan orta mənzilli tank əleyhinə raket sisteminin seriyalı istehsalına başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkəti məlumat yayıb.

Məlumata görə, SAHA EXPO 2024 sərgisində ilk dəfə təqdim edilən L-OMTAS, sınaq atışlarını uğurla tamamladıqdan sonra seriyalı istehsal mərhələsinə keçib.

L-OMTAS yüksək dəqiqlikli lazer tuşlaması və zireh dələn tandem döyüş başlığı ilə əməliyyat meydanında zirehli hədəflərə qarşı mükəmməl həll təqdim edir. Atışdan əvvəl və ya sonra hədəfə kilidlənə bilən raket sistemi həm sabit, həm də hərəkətli hədəflərə qarşı effektivdir. Üçayaqlı ştativ üzərindən istifadə olunan L-OMTAS, eyni zamanda quru platformalarının qüllələrinə də inteqrasiya edilə bilər.

Texniki xüsusiyyətləri:

  • Mənzil: 5.5 km
  • Uzunluq: 1.75 m
  • Çap: 160 mm
  • Çəki: 32 kq

Back to top button