
Rumıniya Norveçdən F-16 döyüş təyarələri alır
Norveç Müdafiə Avadanlıqları Agentliyi (NDMA) ilə Rumıniya Müdafiə Nazirliyi arasında F-16 döyüş təyyarələrinin alqı-satqısını nəzərdə tutan müavilə imzalanıb.
“Poliqon” Norveç Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə çərçivəsində NDMA Rumıniya Hərbi Hava Qüvvələrinə (HHQ) 32 ədəd F-16 qırıcısı tədarük edəcək.
Həmçinin müqavilənin şərtlərinə ehtiyyat hissələrin, əlavə avadanlıqların tədarük edilməsi, servis xidmətinin göstərilməsi və personala texniki dəstəklə bağlı təlimin keçirilməsi daxildir.
Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, bu qırıcıların tədarük edilməsi həm Rumıniya HHQ-nin güclənməsinə imkan verəcək, həm də Norveçin hərbi sənayesinə və dövlətə gəlir gətirəcək.
Qeyd edək ki, Norveç HHQ-ə məxsus F-16 qırıcıları Rumıniya HHQ-ə təhvil verilməmişdən öncə ABŞ-ın da dəstəyi ilə üzərilərində lazımi təmir və təkmilləşdirmə işləri görüləcək.