Rusiya Müdafiə Nazirliyi daha bir İl-76MD-90A nəqliyyat təyarəsini təhvil alıb

Rusiya Müdafiə Nazirliyi daha bir İl-76MD-90A nəqliyyat təyarəsini təhvil alıb

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Aviastar” müəssisəsi tərəfindən seriyalı istehsal olunan növbəti İl-76MD-90A hərbi nəqliyyat təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin proqramı üzrə istehsal edilən daha bir təyyarə zavod sınaqlarının son mərhələsindədir və testlər bitdikdən sonra Rusiya Müdafiə Nazirliyinə çatdırılacaq.

Bildirilib ki, 2024-cü ildə seriyalı istehsal imkanlarının daha da artırılması planlaşdırılan “Aviastar” müəssisəsində artıq bunun üçün lazımi ehtiyat yaradılır.

İl-76MD-90A, İl-76MD təyyarəsinin dərindən modernləşdirilmiş versiyasıdır. O, hərbi texnikanın, şəxsi heyətin və yüklərin daşınması üçün nəzərdə tutulub. Yenilənmiş təyyarənin əvvəlki versiyalarla müqayisədə əsas xüsusiyyətləri yaxşılaşdırılıb. Uçuş məsafəsi və yükdaşıma qabiliyyəti artırılan nəqliyyat təyyarəsi keyfiyyətli naviqasiya və rabitə sistemləri ilə təchiz edilib.

CATEGORIES
TAGS