Rusiya Ordusu 120 mm-lik “Floks” ÖAQ-larla silahlanır

Rusiya Ordusu 120 mm-lik “Floks” ÖAQ-larla silahlanır

“Rostex” Dövlət Korporasiyası 120 mm-lik “Floks” özüyeriyən artilleriya qurğularını (ÖAQ) Rusiya Ordusuna təhvil verməyə başlayıb.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyası mətbuat xidmətinə istinadən xəbər verib.

120 mm-lik 2S40 “Floks” özüyeriyən artilleriya qurğusu Rusiyanın “Uralvaqonzavod” konsreni tərəfindən istehsal olunur. O, 6×6 təkər formullu Ural-4320 zirehli avtomobilinin şassisində hazırlanıb və düşmənin şəxsi heyətini, silah-texnikasını məhv etmək nəzərdə tutulub. Həm top, həm də minaatan olan “Floks” ÖAQ istifadəçiyə mərmi və minalar ilə atəş açmaq imkanı verir. Onun atış üçün hazır vəziyyətə gətirilməsi bir dəqiqədən az vaxt aparır.

Qeyd edək ki, “Uralvaqonzavod” konsreni 2S40 “Floks” özüyeriyən artilleriya qurğusunun seriyalı istehsalına 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlindən başlayıb.

CATEGORIES
TAGS