Rusiya “Pantsir-S1M” zenit raket-top kompleksi ixrac edəcək

Rusiya “Pantsir-S1M” zenit raket-top kompleksi ixrac edəcək

Rusiya “Pantsir-S1M” zenit raket-top kompleksinin (ZTRK) tədarükünə dair ilk sifariş alıb.

“Poliqon” xəbər verir ki, “Pantsir-S1M” zenit raket-top kompleksinin ixrac olunacağı ölkənin adı hələki açıqlanmır.

“Pantsir-S1M” zenit raket-top kompleksi Rusiya Ordusu üçün nəzərdə tutulmuş 96K6M “Pantsir-SM” təkmilləşdirilmiş ZRTK-nin ixrac versiyasıdır. Yeni kompleksdən ixrac versiyalı yeni 57E6-E və 57E6E raketləri ilə yanaşı köhnə 9M335 zenit idarəolunan raketlər (ZİR) ilə də atəş aparmaq mümkündür.

“Pantsir-S1M” ZRTK-nin məhvetmə məsafəsi 20 km-dən 40 km-ə, hündürlüyü isə 15 km-dən 18 km-ə qədər artırılmış yeni ZİR-dən istifadə edə bilir. Hədəfləri minimal məhvetmə hündürlüyü 15 m-dir. Raketin çapı bölünənə qədər 170 mm, bölündükdən sonra isə 90 mm-dir. Kütləsi nəqletmə-buraxma konteynerində/uçuşda 94/74,5 kq-dır. Döyüş başlığının kütləsi 20 kq, döyüş başlığındakı partlayıcı maddənin kütləsi 5,5 kq-a bərabərdir.

Yerinə yetirilən təkmilləşdirmə nəticəsində kompleksin müdafiə etdiyi ərazinin həcmi 3 dəfə artıb. Döyüş işinin gizliliyi və maneəyə davamlığı yüksəldilib, vaxt vahidi üzrə atəş məhsuldarlığı artırılıb. Radioelektron avadanlıqların və silahların təkmilləşdirilməsi sayəsində ZRTK təyyarələrə, helikopterlərə, qanadlı raketlərə, kiçik ölçülülər daxil olmaqla PUA-lara təsirli mübarizəni təmin edir və eyni zamanda yerüstü hədəflərə atəş aça bilir.

Kompleksin artilleriya hissəsi dəyişdirilməyib və döyüş dəstinə 1400 ədəd atəş yığımı daxil olan 30 mm-lik 2A38M iki lüləli cüt topdan ibarətdir. Topların ümumi atəş tezliyi dəqiqədə 5000 atəş təşkil edir.

Poliqon.az

KATEQORIYA: