Rusiya S-400 ZRS-lərin Hindistana tədarükünü təxirə salıb

Rusiya S-400 ZRS-lərin Hindistana tədarükünü təxirə salıb

Rusiya Hindistana S-400 zenit-raket sisteminin (ZRS) qalan iki divizionunu 2026-cı ilin avqust ayına qədər tədarük edəcək.

“Poliqon” “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, Rusiya tərəfinin bütün sistemləri 2024-cü ilə qədər təhvil verməsi gözlənilirdi, lakin Rusiya-Ukrayna arasında davam edən münaqişə bu planları dəyişməli oldu.

Xatırladaq ki, Rusiya və Hindistan arasında S-400 ZRS-lərin alqı-satqısına dair müqavilə 2018-ci ilin oktyabrında  imzalanıb. Müqavilə çərçivəsində Rusiyanın Hindistana 5.4 milyard dollar dəyərində beş divizion S-400 ZRS-ni tədarük etməsi planlaşdırılıb ki, bunlardan da artıq üçü (birinci divizion 2021-ci ildə, ikincisi 2022-ci ildə və üçüncüsü 2023-cü ildə) sifarişçiyə təhvil verilib.

S-400 ZRS (NATO təsnifatına görə – SA-21 “Growler”) Rusiyanın “Almaz-Antey” konserni tərəfindən hazırlanıb və 2007-ci ildən ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə olunur. S-400 ZRS-yə çoxfunksiyalı radar, avtonom aşkarlama və hədəfləmə sistemləri, zenit-raket sistemləri, buraxıcı qurğular və komanda-idarəetmə mərkəzi daxildir. S-400 sistemi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə, eyni vaxtda 36 obyekti hədəf ala bilir.

CATEGORIES
TAGS