Rusiya T-72B3 tankını növbəti dəfə modernləşdirir

Rusiya T-72B3 tankını növbəti dəfə modernləşdirir

Rusiyada T-72B3 əsas döyüş tanklarının növbəti dəfə 2022-ci il nümunəsinə qədər tamamlamasına və təkmilləşdirilməsinə başlanıb.

“Poliqon”xəbər veri ki, bu barədə “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası məlumat yayıb.

Bildirilib ki, təkmilləşdirmə Nijni Tagildə yerləşən “Uralvaqonzavod” EİK tərəfindən yerinə yetirilir.

T-72B3 tankının təkmilləşdirilməsi özündə əlavə müdafiənin gücləndirilməsini və yeni sistemlərin quraşdırılmasını ehtiva edir.

Xüsusilə, T-72B3 tankında, T-90M tankında olduğu kimi, ön tırtılüstü rəflərin mühafizəsi gücləndirilib (№ 1).
Topun maskası “Kontakt-1” dinamik müdafizə blokları şəklində müdafiə ilə təchiz olunub (№ 2). Qeyd etmək lazımdır ki, bloklar topun lüləsinə paralel olaraq quraşdırılmışdır ki, bu da düşmən tərəfdən atılan mərmi dəyməsi zamanı yaranan detonasiyanın (partlayışın) kumulyativ şırnağına qarşı davam gətirməyə imkan verməyəcək. Belə ki, bu blokların detonasiyası (partlaması) topun özünün deformasiyasına səbəb ola biləcək.

Həmçinin tankın qülləsinə dinamik müdafiə də əlavə edilib (№3).

Fransanın “Thales” şirkətinin istehsalı olan “Catherine” termal kameralı (teplovizorlu) çoxkanallı “Sosna-U” tuşlayıcının nişangah tərtibatı zirehli pərdələrin açılması üçün mexanizmlə təchiz olunub (№ 4). Əvvəllər, döyüşdən öncə, termal kameranın qoruyucu panelindən dörd boltu əl ilə açmaq lazım idi. Qeyd etmək lazımdır ki, “Sosna-U” sisteminin yeganə üstünlüyü 12 dəfəyə bərabər böyütmə səviyyəsidir. Bununla belə, nişangahda yalnız iki mövqe 4x və 12x nəzərdə tutulub. Nişangahın özündə okulyara termal kanal çıxışı olmadığından, ayrıca kiçik ölçülü bir monitor istifadə olunub. İndiki dövrdə T-72 və T-90 tanklarının bəzi müasir modifikasiyaları, xüsusən də T-72BA, T-90S və T-90MS bu nişangahla təchiz edilir.

Sadalananlarla yanaşı, 2022 nümunəli T-72B3 tankı yeni naməlum sensorlar da alıb (№5).

Xatırladaq ki, T-72B3 əsas döyüş tankı T-72 ailəsinin növbəti üzvüdür. T-72B3 modifikasiyası yeni nəsil tanklar olan T-14 Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilənə qədər T-90A əsas döyüş tankına kütləvi və iqtisadi alternativ kimi hazırlanıb. Bu, T-72B tankının nisbətən sadə və effektiv təkmilləşdirilməsidir ki, bəzi parametrləri T-90A səviyyəsinə qaldırılmış və ya 2016-cı il nümunəli T-72B3 (UBX və ya T-72B3M) tankında olanları üstələyir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS