Rusiya “Volk” zirehli maşınlarının sınaqlarını keçirir
Rusiyanın Hərbi Sənaye Kompaniyası “Volk” zirehli maşınlarının müxtəlif modifikasiyasının sınaqlarına başlayıb.
“AzeriDefence”in məlumatına görə, bu açıqlamanı Hərbi Sənaye Kompaniyasının mətbuat katibi Serqey Suvorov verib. Onun sözlərinə görə, sınaqlar açıq kuzovlu və şəxsi heyətin daşınması üçün nəzərdə tutulan zirehli avtomobillər üzərində aparılır: “Avtomobillər elə konstruksiya edilib ki, istənilən vaxt maşınların təyinatını dəyişmək mümkün olacaq”.
S. Suvorov deyib ki, “Volk”un üzərinə sonradan tank əleyhinə raket kompleksi, minamyotlar, zenit raket kompleksi də quraşdırmaq mümkündür.
Zirehli avtomobil “ЯМЗ-534” mühərriki ilə təchiz olunub ki, bu da Евро-4 və Евро-5 standartlarına uyğundur. Mühərrikin gücü isə 300 at gücündədir.
CATEGORIES Sənaye