Rusiyada “Koalisiya-SV” özüyeriyən haubitsasının dövlət sınaqları başa çatıb

Rusiyada “Koalisiya-SV” özüyeriyən haubitsasının dövlət sınaqları başa çatıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyası tərəfindən inkişaf etdirilən 152 mm-lik “Koalisiya-SV” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) dövlət sınaqları başa çatdırılıb.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verib.

“Koalisiya-SV” düşmənin zirehli texnikasını, şəxsi heyətini, hava hücumundan müdafiə sistemlərini, artilleriya və minaatan batareyalarını, habelə digər hərbi obyekt və vasitələrini məhv etmək üçün nəzərdə tutulub.

Özüyeriyən haubitsanın atəş üçün hazırlıq prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir ki, bu da “Koalisiya-SV”nin atəşə başlama vaxtını sürətləndirir.

İstehsalçı şirkətin məlumatına görə, “Koalisiya-SV” ÖAQ atəş məsafəsi və dəqiqliyi, eləcə də döyüş tapşırıqlarının həlli üçün lazım olan vaxt baxımından öz seqmentində dünya və yerli analoqlarını üstələyir.

CATEGORIES