Rusiyada yeni mikrodron hazırlanıb
Rusiyanın “Pilotsuz aviasiya sənayesi” eksperimental dizayn bürosu (OKB) tərəfindən “Vektor-75” adlı yeni mikrodron hazırlanıb.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, çoxrotorlu “Vektor-75” mikrodronunun boş kütləsi 21 qr, tam təchizatlı formada isə 32 qramdır.
Bildirilib ki, kəşfiyyat məqsədləri üçün hazırlanan “Vektor-75”, götürdüyü yükün ağırlığından aslı olaraq 4-7 dəqiqə havada qala və bu müddət ərzində müxtəlif yerlərdə gizlənən/gizlədilən düşmən əsgərlərinin, snayperlərinin, bölmələrinin, texnikalarının, təchizatlarının və s. yerini aşkarlaya bilir. Əməliyyat mənzili 1.2 kilometr olan mikrodronun səsini 15 metr uzaq məsafədən eşitmək mümkün deyil.
“Pilotsuz aviasiya sənayesi” OKB nümayəndəsinin sözlərinə görə, “Vektor-75”in təxmini dəyəri 70000 RUB (827 ABŞ dolları) təşkil edir.