“Saab” İsveç Silahlı Qüvvələrinə MSHORAD sistemləri tədarük edəcək

“Saab” İsveç Silahlı Qüvvələrinə MSHORAD sistemləri tədarük edəcək

“Saab” şirkəti İsveç Silahlı Qüvvələrinə mobil qısa mənzilli hava hücumundan müdafiə sistemləri (Mobile Short Range Air Defence – MSHORAD) tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün şirkət İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 300 milyon SEK (7.9 milyon ABŞ dolları) dəyərində sifariş alıb.

Müqaviləyə əsasən, “Saab” tərəfindən tədarük ediləcək MSHORAD sistemləri İsveç Silahlı Qüvvələrinin BvS10 zirehli nəqliyyat vasitələrinə inteqrasiya olunacaq.

Qeyd edək ki, “Saab”ın MSHORAD sistemi “Giraffe 1X” radarına əsaslanan mobil radar blokundan və RBS 70 NG daşınan zenit raket kompleksinə (DZRK) əsaslanan mobil atəş bölməsindən ibarətdir. Bu sistemin tərkibinə daxil olan bütün elementlər “Saab”ın hava hücumundan müdafiə komanda və idarəetmə həlli GBAD C2 ilə əlaqələndirilir.

CATEGORIES