SHXÇDX rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib
44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!
CATEGORIES Xəbərlər