“Sikorsky” 5000-ci “Black Hawk” helikopterini sifarişçiyə çatdırıb

“Sikorsky” 5000-ci “Black Hawk” helikopterini sifarişçiyə çatdırıb

ABŞ-ın “Sikorsky” şirkəti istehsal olunan 5000-ci çoxməqsədli UH-60 “Black Hawk” helikopterini sifarişçiyə çatdırıb.

“Poliqon” “Sikorsky”a istinadən xəbər verir ki, xüsusi rəmzi məna daşıyan bu helikopter ABŞ Ordusuna təhvil verilib.

Bildirilib ki, təhvil verilən helikopter “Black Hawk”ın UH-60M variantında olan modelidir.

İndiyə kimi UH-60 “Black Hawk” helikopteri bir çox versiyada istehsal olunub və müştərilərə çatdırılıb. Helikopterin MH-60R/S modeli dəniz əməliyyatlarının yerinə yetirilməsi, MH-60T modeli çoxməqsədli platforma kimi istifadə olunması, HH-60W modeli axtarış-xilasetmə tapşırıqlarının icra edilməsi və S-70 modeli qlobal silah sistemləri bazarında satılması üçün nəzərdə tutulub.

Qeyd edək ki, hazırda “Sikorsky”nin lisenziyası ilə Türkiyənin TUSAŞ şirkəti tərəfindən S-70i helikopterinin bazasında T-70 indeksli çoxməqsədli helikopteri istehsal olunur.

Poliqon.az

CATEGORIES
TAGS