Sonuncu P-72 dəniz patrul təyyarəsi Türkiyə HDQ-yə çatdırılıb

Sonuncu P-72 dəniz patrul təyyarəsi Türkiyə HDQ-yə çatdırılıb

Türkiyənin “Meltem-3” layihəsi çərçivəsində altıncı P-72 dəniz patrul təyyarəsi Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu P-72 dəniz patrul təyyarəsi keçirilən mərasim ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına təqdim olunub.

Ümumilikdə “Meltem-3” layihəsi çərçivəsində Türkiyə HDQ-yə dəniz nəzarəti və patrul vəzifələrində istifadə olunmaq üzrə 6 ədəd P-72 təyyarəsi tədarük edilib.

“Meltem” layihəsi ilə daha əvvəl tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi də Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasında yer alır. “Meltem” və “Meltem-3” layihələri üzrə tədarüklərin tamamlanması ilə birlikdə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatıb.

Onu da qeyd edək ki, Meltem layihəsində əsas podratçı İtaliyanın “Leonardo” şirkəti, subpodratçı olaraq isə Türkiyənin TUSAŞ, ASELSAN, HAVELSAN və MİLSOFT şirkətləri yer alır.

Poliqon.az

CATEGORIES
TAGS