STM Malayziya HDQ üçün 3 ədəd korvetin inşasına başalyıb

STM Malayziya HDQ üçün 3 ədəd korvetin inşasına başalyıb

“Ölkəmizin müdafiəsi üçün başladığımız yolda irəliləyərkən bu gün mühəndislik təcrübəmizi və texnologiyalarımızı dost və qardaş ölkələrə ötürürük”.

Bu sözləri STM şirkətinin baş direktoru Özgür Güleryüz “Poliqon” jurnalına müsahibəsində söyləyib.

STM direktoru bildirib ki, Pakistan Hərbi Dəniz Qüvvələri üçün suüstü platformaların və sualtı qayıqların modernləşdirilməsində STM əldə etdiyi uğurunun üstünə, hazırda əsas podratçı qismində STM-nin rəhbərliyi altında Ukrayna üçün iki korvetin inşası davam etdirilir: “Bu ölkələrin sırasına Cənubi Asiyanın mühüm ölkələrindən olan Malayziyanı da daxil etdiyimiz və Malayziyanın STM-ni seçdiyi üçün xoşbəxtik. Türkiyənin hərbi dənizçilik sahəsində lider şirkəti olaraq bunu beynəlxalq arenadakı vacib uğurumuz kimi görürük”.

Özgür Güleryüz vurğulayıb ki, 2024-cü ilin iyun ayında Malayziya HDQ üçün LMS-Batch 2 proqramı çərçivəsində 3 ədəd korvetin inşası ilə bağlı STM tərəfindən müqavilə imzalanıb: “Gəmilərimiz beynəlxalq sularda etibarlılığını və effektivliyini sübut edən ADA Sinifli dizayna əsaslanacaq. Gəmilərin inşasına bu il başladıq və hər üç gəmini də 3 il yarım ərzində Malayziya Kral Hərbi Dəniz Qüvvələrinə çatdırmağı hədəfləyirik.

Hökumətlər arası (G2G) sazişinə əsasən, STM layihənin dizaynından icrasına və inşasından təhvil-təsliminə qədər bütün mərhələlərinə cavabdeh əsas podratçı olacaq. Gəmilərin inşasını və təchiz edilməsini Türkiyədə həyata keçirəcək və gəmilər Türkiyədən olan 50-dən çox şirkətin ən son texnologiya sistemləri ilə təchiz olunacaq. Malayziya korvetləri qabaqcıl silah sistemləri, sensorlar və komanda və idarəetmə sistemləri ilə geniş spektrli missiyaları effektiv yerinə yetirməyə imkan verəcək”.

CATEGORIES