Su-25ML təyyarəsinin sınaq uçuşları keçirilib – VİDEO

Su-25ML təyyarəsinin sınaq uçuşları keçirilib – VİDEO

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində TUSAŞ tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

“Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən Azərbaycan hərbi pilotlarının istifadəsinə verilən Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsinin sınaq uçuşları keçirilib.

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, İstanbulda IDEF-2023 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin  TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi (“Laçın”) müqaviləsinin imzalanma mərasimi” keçirilib.

Poliqon.az

CATEGORIES
TAGS