Su-34-lərin növbəti partiyası sifarişçiyə çatdırılıb

Su-34-lərin növbəti partiyası sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Novosibirsk Aviasiya Zavodu”nda istehsal edilən Su-34 bombardmançı təyyarələrinin növbəti partiyası Rusiyanın Aerokosmik Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda sifarişçiyə təhvil verilən təyyarələrin istehsaldan sonra zavod tərəfindən yerinə yetirilən yer və uçuş sınaqlarından uğurla keçdiyi bildirilib.

Qeyd olunub ki, hazırda Su-34 bombardmançıları Rusiya Aerokosmik Qüvvələrinin zərbə gücünün mühüm hissəsini təşkil edir. Təyyarənin müasir aviasiya silahlarından istifadə etməyə imkan verən genişlənmiş döyüş imkanları onun yerüstü hədəflərin məhv edilməsi diapazonunu və dəqiqliyini artırır.

Poliqon.az

CATEGORIES
TAGS