Xəbərlər

Şuşada Respublika Günü qeyd edilib

28 May – Respublika Günü münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Poliqon.az

Back to top button