“Tayfun” ballistik raketinin növbəti atış sınağı keçirilib

“Tayfun” ballistik raketinin növbəti atış sınağı keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən “Tayfun” ballistik raketinin növbəti atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesinin (SSB) başqanı İsmayıl Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

Xatırladaq ki, 500 kilometrdən çox mənzilə sahib olan “Tayfun” ballistik raketinin ilk atış sınağı ötən ilin oktyabr ayında Türkiyənin Rizə-Artvin hava limanında Milli Müdafiə Nazirliyinə (MSB) aid apronda baş tutub.

Poliqon.az

CATEGORIES
TAGS