Tayland İsveçin JAS-39 “Gripen” döyüş təyyarələri ilə maraqlanır

Tayland İsveçin JAS-39 “Gripen” döyüş təyyarələri ilə maraqlanır

Tayland Hərbi Hava Qüvvələri (HHQ) ABŞ tərəfindən F-35 döyüş təyyarəsi satınalma tələbinin rədd edilməsinin ardından İsveçin “Saab” şirkətinin istehsal etdiyi JAS-39 “Gripen” qırıcıları ilə maraqlanır.

“Poliqon” “Asia Pacific Defense Journal” nəşrinə istinadən xəbər verir ki, mövcud vəziyyətdə Tayland HHQ “Saab”dan üç ədəd JAS-39 “Gripen” almaq niyyətindədir.

Nəşrin məlumatına görə, ABŞ, F-35-ə alternativ olaraq Tayland HHQ-yə F-16 Blok 70/72 “Viper” və F-15EX “Eagle II” qırıcılarını satmağı təklif edib. Ancaq bu Tayland hökuməti tərəfindən müsbət qarşılanmayıb. Həmçinin, F-35-lərin alınacağı təqdirdə onlar üçün lazımi infrastrukturun və obyektlərin qurulması tələb olunub.

Qeyd edək ki, Tayland HHQ-nin F-35 tələbi rədd edildikdən sonra JAS-39 “Gripen”ə diqqət yetirməsindəki əsas səbəb, artıq bu qırıcılar üçün lazımi infrastrukturun mövcud olmasıdır.

Hazırda Tayland HHQ-nin aviasiya parkında 11 ədəd JAS-39C/D qırıcısı yer almaqdır.

Poliqon.az

CATEGORIES
TAGS