Təkmilləşdirilən növbəti A400M nəqliyyat təyyarəsi Türkiyə HHQ-yə təhvil verilib

Təkmilləşdirilən növbəti A400M nəqliyyat təyyarəsi Türkiyə HHQ-yə təhvil verilib

Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkəti tərəfindən təkmilləşdirilən dördüncü A400M “Atlas” nəqliyyat təyyarəsi Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akarın da iştirak etdiyi təhvil-təslim mərasimi keçirilib.

Mərasimdə çıxış edən H.Akar, dünyada sadəcə dörd mərkəzdə yerinə yetirilə bilən A400M nəqliyyat təyyarəsinin təkmilləşdirmə işlərinin ASFAT şirkətinin Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılmasının qürurverici olduğunu vurğulayıb.

Qeyd edək ki, “Fasbat” təyyarə servis mərkəzi 2021-ci ilin iyul ayında açılaraq istifadəyə verilib. Bu mərkəzdə həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və təkmilləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub.

Əlavə məlumat üçün bildirək ki, qarşıdakı müddət ərzində “Fasbat”da Türkiyə HHQ-yə məxsus daha 5 ədəd A400M hərbi nəqliyyat təyyarəsi modernləşdiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS