Tərtərdə mina hadisəsi baş verib

Tərtərdə mina hadisəsi baş verib

2022-ci 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Poliqon.az

CATEGORIES
TAGS