Türk şirkətləri DİMDEX-2012-də imkanlarını sərgiləyir
Qatarın paytaxtı Doha şəhərinə keçirilən DİMDEX-2012 beynəlxalq hərbi dəniz sərgisinə qatılan türk şirkətləri öz istehsalları olan bir sıra məhsulları sərgiləyir. “AzeriDefence”nin məlumatına görə, bir sıra Türkiyə şirkətlərinin nümayiş etdirdiyi məhsullar beynəlxalq səviyyədə ziyarətçilərin marağına səbəb olub.
Sərgidə ən böyük stendlərdən birinə malik olan ASELSAN şirkəti LMM raket buraxılış qurğusu, havadan müdafiə sistemləri, STAMP idarə olunan silah sistemini, həmçinin SERDAR sahil radarını sərgiləyir. ASELSAN-ın körfəz ölkələrinin dənizçiləri üçün təqdim etdiyi SERDAR radarı bütün hava şəraitində, gecə və gündüz dəniz hədəflərini və aşağıdan uçan hava hədəfləri avtomatik aşkar etmə və izləmə imkanlarına malikdir. Radar eyni zamanda 250 hədəfi izləyə bilir.
HAVELSAN şirkəti isə GENESİS sistemi başda olmaqla, dəniz sənayesi üçün yaratdığı geniş spektrdə məhsulları, Dəniz Savaş Sistemlərini ziyarətçilərə təqdim etməkdədir.
Antalyada fəaliyyət göstərən “Ares Shipyard” şirkəti isə ARES-125 FAMB hücum katerinin maketini nümayiş etdirir. 160 ton çəkiyə malik kater yüksək performansla yanaşı, sürətli hücum və raket əməliyyatları üçün işlənib hazırlanıb. Bu platforma sərt missiyaları həyata ekstremal şəraitdə fəaliyyət göstərə bilir.
Başqa bir türk şirkəti “Yonca-Onuk” isə artıq yer aldığı körfəz ölkələri bazarında yeni ölkələr üçün kompozit materiallardan hazırlanmış hücum katerlərini nümayiş etdirir.
Sərgiyə ilk dəfə qatılan RMK Marine tərsanəsi isə Türkiyə Sahil Mühafizəsi üçün inşa etdiyi 66 metrlik Sahil Gözətçi Gəmisi, 42 metrlik Fast Attack Craft, axtarış xilasetmə gəmisi və helikopterdaşıyıcının maketlərini sərgiləyir.
Qeyd edək ki, DİMDEX-2012 sərgisində ayrıca milli pavilyona malik Türkiyəni başda Müdafiə Sənayesi Katibliyi olmaqla 18 şirkət təmsil edir. Türkiyə pavilyonunda A.D.I.K, Ares Shipyard, ASELSAN, BITES, C2TECH, DEARSAN, Defense Turkey, ETC-IS, ETC Simulation, GATE Elektronik, HAVELSAN, METEKSAN, MILSOFT, RMK Marine, STM, TISAS, Yakupoğlu və Yonca – Onuk şirkətləri stendlərlə təmsil olunurlar.