Türkiyənin müdafiə sənayesi başqanı Rəşad Süleymanovun ailəsinə başsağlığı verib

Türkiyənin müdafiə sənayesi başqanı Rəşad Süleymanovun ailəsinə başsağlığı verib

“Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə çətinlikləri aşmağa, uğurdan-uğura addımlamağa davam edəcəkdir”.

Bunu Türkiyə Respublikasının müdafiə sənayesi başqanı İsmail Dəmir POLİQON jurnalına ünvanladığı məktubunda bildirib.

“Dost və qardaş ölkə Azərbaycan ötəl il çox önəmli bir uğur qazandı, Qarabağda illərdir davam edən işğala son verdi. Bu müddətdə bütün imkanlarımızla Azərbaycanın yanında olduq və bundan sonra da yanında olmağa davam edəcəyik.

Azərbaycanla hər sahədə olduğu kimi müdafiə sənayesi sahəsində də iş birliyimiz, bilik və təcrübə mübadiləmiz davam edəcəkdir.

Jurnalınızda yer alacaq bu mesaj vasitəsilə, keçdiyimiz günlərdə itirdiyimiz, Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə nəşrləri ilə töhfə verən POLİQON (AZERİ DEFENCE) jurnalının Baş redaktoru Rəşad Süleymanova Allahdan rəhmət, ailəsinə, yaxınlarına və iş yoldaşlarına başsağlığı diləyirəm”, – deyə SSB başqanı İsmail Dəmir bildirib.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi başqanı İsmail Dəmirin məktubunun tam mətni ilə “Poliqon” jurnalının yaxın günlərdə dərc olunacaq yeni nömrəsində tanış ola bilərsiniz.

148598851 1619646348221490 1767879458502949390 o 1

CATEGORIES
TAGS