
Türkiyə müdafiə sənayesinin aprel ayı üçün ixracat rəqəmləri açıqlanıb
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin aprel ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin aprelində 418.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il aprel –390.4 milyon) 2023-cü ilin aprel ayında ixrac olunan məhsulların dəyəri artıb.
Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk 4 ayı ərzindəki ixracı 1.5 milyard ABŞ dollarını ötüb.
CATEGORIES Region