Türkiyə müdafiə sənayesinin avqust ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə müdafiə sənayesinin avqust ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin avqust ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin avqustunda 376.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il avqust – 333.5 milyon ABŞ dolları) 2023-cü ilin avqust ayında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari il üzrə hazırkı ixracı 3.4 milyard ABŞ dolları təşkil edir.

CATEGORIES
TAGS