Türkiyə müdafiə sənayesinin ötən ay üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə müdafiə sənayesinin ötən ay üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-ci ilin yanvar ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin yanvarında 281.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il yanvar – 295.3 milyon) 2023-cü ilin yanvarında ixrac olunan məhsulların dəyəri azalıb.

Qeyd edək ki, ötən il ümumilikdə 4 milyard 395 milyon dollar dəyərində məhsul ixrac edən Türkiyənin cari il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilib.

Poliqon.az

CATEGORIES