Türkiyə ötən il 3,2 milyard dollarlıq silah və texnika ixrac edib
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru məhsullarının 2021-ci ildə ixracı 3,2 milyard ABŞ dolları təşkil edib.
“Poliqon”un məlumatına görə, bununla bağlı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında paylaşım edib.
Müqayisə üçün qeyd edək ki, Türkiyənin müdafiə və aviasiya məhsullarının ixracı 2019-cu ildə 2 milyard 740 milyon ABŞ dolları, 2020-ci ildə isə 2 milyard 279 milyon ABŞ dolları olub.
2021-ci ildə Türkiyənin müdafiə və aviasiya məhsulları daha çox ABŞ, Azərbaycan, Qətər, BƏƏ, Mərakeş və Almaniyaya tədarük edilib.
Ən çox ixrac edilən hərbi vasitələr sırasında:
“Bayraktar TB2” və “Anka” tipli pilotsuz uçuş aparatları;
TRG300, TRG230 raketləri, MAM-L və MAM-C sursatları;
SARP döyüş modulu, top qüllələri, müxtəlif nəqliyyat vasitələri və dəniz platformaları yer alır.
Rizvan Fikrətoğlu