
Türkiyəyin İsparta ərazisində CN-235 CASA tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi saytında xəbər yayıb.
Bildirilib ki, yanvarın 17-də yerli vaxtla saat 11:03 radələrində Eskişehirdən təlim uçuşu həyata keçirmək üçün havaya qalxan CN-235 CASA hərbi nəqliyyat təyyarəsi 12.50 radələrində İsparta ərazisində radardan itib. Araşdırmalar nəticəsində saat 14.30-da Eğirdir gölünün şimalında qəzaya düşən təyyarə aşkar olunub. Qəza nəticəsində 2 pilot, 1 texnik olmaqla 3 hərbçi dünyasın dəyişib.
İlkin araşdırmaya görə, təyyarənin texniki nasazlıq üzündən qəzaya uğradığı məlum olub.







