Türkiyədə HGK-84-ün növbəti atış sınağı keçirilib

Türkiyədə HGK-84-ün növbəti atış sınağı keçirilib

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış KAŞİF “Qlobal Mövqe Alıcısı”nın inteqrasiya edildiyi HGK-84 həssas tuşlama dəstli (Hassas Güdüm Kiti) aviasiya bombasının növbəti atış sınağı keçirilib.

“Poliqon” TÜBİTAK SAGE mərkəzinə istinadən xəbər verir ki, sınaq zamanı aviasiya bombası hədəfi yüksək dəqiqliklə vurmağı bacarıb.

Qeyd edək ki, HGK həssas tuşlama dəsti Türkiyənin ASELSAN şirkəti ilə TÜBİTAK-SAGE mərkəzi tərəfindən 227 kq-lıq Mk-82, 453 kq-lıq Mk-83 və 907 kq-lıq Mk-84 ümumi təyinatlı aviasiya bombalarının yerdəki hədəfləri dəqiqliklə vura bilməsi üçün hazırlanıb. Dəstlər müvafiq olaraq HGK-82, HGK-83 və HGK-84 kimi işarələnib.

Poliqon.az

CATEGORIES
TAGS