Türkiyədə keçirilən taktiki təlim başa çatıb

Türkiyədə keçirilən taktiki təlim başa çatıb

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən Azərbaycanın hərbi qulluqçularıyla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat  xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Poliqon.az

CATEGORIES
TAGS