Türkiyənin müdafiə və aviasiya sahəsindəki ixracatı 3 milyard dolları ötüb

Türkiyənin müdafiə və aviasiya sahəsindəki ixracatı 3 milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2022-ci ilin oktyabrında ixrac etdiyi məhsullarının nəticələrini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin oktyabrında 464.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin yanvarın 1-dən oktyabrın 31-nə qədər ixrac edilən məhsulların  dəyəri artıb. Belə ki, keçən il 2.3 milyard ABŞ dolları dəyərində məhsul ixrac edildiyi halda cari ildə bu rəqəm 3.2 milyard ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, cari ilin sonuna kimi Türkiyənin müdafiə və aviasiya sənayesi sektorundakı ixracatının 4 milyard ABŞ dollarını keçməsi hədəflənib.

Adsiz 1

Poliqon.az

CATEGORIES