Region

Türkiyənin müdafiə və aviasiya sənayesinin cari il üçün ixracat hədəfi açıqlanıb

Türkiyənin müdafiə və aviasiya sənayesinin cari il üçün ixracat hədəfi 6 milyard ABŞ dolları olaraq müəyyənləşdirilib.

“Poliqon” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Müdafiə sənayesi – 2023-cü il hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında açıqlayıb.

İsmail Dəmir bildirib ki, 2023-cü ilin sonuna kimi bu rəqəmin daha da artması və 6 milyard dolları ötməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ixracı 2021-ci il (3 milyard 210 milyon) ilə müqayisədə 1 milyard dollar artaraq 4 milyard 395 milyon dollar həcmində olub.

Poliqon.az

 

Back to top button