Türkiyənin təhlükəsizlik qüvvələrinə növbəti “Akıncı” PUA-lar təhvil verilib

Türkiyənin təhlükəsizlik qüvvələrinə növbəti “Akıncı” PUA-lar təhvil verilib

“Baykar” şirkəti Türkiyənin təhlükəsizlik qüvvələrinə növbəti 3 ədəd “Akıncı” pilotsuz uçuş aparatını (PUA) təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

“Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək “Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir.

“Akıncı” taktiki PUA TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L, MAM-C, “Sungur” “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, “Wing Guide Kit” (KGK) -MK-82, “Gökdoğan”, “Bozdoğan”, NEB, SOM raketlərindən istifadə edə bilir. F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına malikdir.

Poliqon.az

CATEGORIES
TAGS