“Uralvaqonzavod” Rusiya Müdafiə Nazirliyinə DT 10PM transportyorları təhvil verib
“Uralvaqonzavod” (UVZ) konsernin tərkibinə daxil olan “Vityaz” müəssisəsi DT 10PM transportyorlarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Bu barədə “Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, UVZ-nin “Vityaz” müəssisəsi dövlət müdafiə sifarişi çərçivəsində Rusiya Müdafiə Nazirliyinə sözügedən çatdırılmanı vaxtından əvvəl həyata keçirib.
Tırtıllı şassiyə malik DT 10PM transportyoru, yolsuzluq şəraitində (bataqlıq ərazilər, qarlı, palçıq, torpaq yollar və s.) personalların və yüklərin daşınması üçün nəzərdə tutulub. O, yüksək krossover və manevr qabiliyyətlərinə, amfibiya bacarığına, yük daşımaq imkanına, hərəkət sürəti və əməliyyat mənzilinə sahibdir.
Texniki xüsusiyyətləri:
- Boş çəkisi – 23.5 ton;
- Yük daşıma qabiliyyəti – 10 ton;
- Oturacaqların sayı – 5 ədəd;
- Mühərrikinin gücü – 710 at gücü;
- Quruda maksimal sürəti – 44 km/saat;
- Suda maksimum sürəti – 5 km/saat;
- Yanacaq ehtiyatı – 700 km.