“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib.

“Poliqon” Elektron Təhlükəsizlik Xidmətinə (ETX) istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd 13-17 yaş qrupunda olan uşaqların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılması idi.

Təlim zamanı iştirakçılara RİNN, ETX və “AzInTelecom” MMC-nin əməkdaşları tərəfindən kibertəhlükəsizlik, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, antivirus proqramları, zərərli kontent, sosial mühəndislik və fişinq hücumları, o cümlədən kiberbullinq barədə geniş məlumat verilib.

Daha sonra interaktiv tapşırıqlar icra olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası 20 noyabr 1989-cu il tarixində BMT Baş Assambleyasının 44-cü sessiyasında qəbul edilib və iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Azərbaycan adıçəkilən Konvensiyaya 1992-ci ildə qoşulub.

CATEGORIES