Vyetnamda yeni özüyeriyən haubitsanın sınaqları keçirilir – VİDEO

Vyetnamda yeni özüyeriyən haubitsanın sınaqları keçirilir – VİDEO

Vyetnamda yeni yaradılmış 130 mm-lik РТН-130-К225В özüyeriyən artilleriya qurğusunun (ÖAQ) sınaqları keçirilir.

“Poliqon” xəbər verir ki, sınaqları keçirilən РТН-130-К225В ÖAQ, keçmiş SSRİ-də 1950-ci illərdə istehsal edilmiş 130 mm-lik M-46 topunun (Rusiya, Perm, 172 nömrəli zavod) və 1960-cı illərdə istehsal edilmiş 6×6 təkər formullu KrAZ-255B (Ukrayna, Kremençuq avtomobil zavodu) ağır tonnajlı yük avtomobilinin sintezidir.

РТН-130-К225В ÖAQ-ın yaradılmasında prototip olaraq Kubanın 122 mm-lik M1931/37 (A-19) toplu “Jupiter IV” qurğusu götürülüb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS