Yaponiyanın Ordu sıraları “THeMIS” robotları ilə genişlənir

Yaponiyanın Ordu sıraları “THeMIS” robotları ilə genişlənir

Estoniyanın “Milrem Robotics” şirkəti Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrini “THeMIS” robotları ilə təchiz edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Milrem Robotics” şirkəti məlumat yayıb.

Qeyd olunub ki, şirkət Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinə təchizat daşımaları və kəşfiyyat məlumatlarının toplanması üçün konfiqurasiya edilmiş “THeMIS” robotunun üç fərqli versiyasını tədarük edəcək.

Hazırda “THeMIS” robotları dünyanın 16 ölkəsi tərəfindən seçilib ki, bunlardan da səkkizi NATO üzvüdür (Estoniya, Fransa, Almaniya, Niderland, Norveç, İspaniya, Böyük Britaniya və ABŞ).

CATEGORIES
TAGS