Yaşar Gülər Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Yaşar Gülər Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada rəsmi səfərdə olan Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov ilə görüşüb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, görüşdə Türkiyə tərəfindən Müdafiə Sənayesinin (SSB) başqanı Haluk Görgün və nazir müavini Celal Sami Tüfekçi, Azərbaycan tərəfindən isə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və digər rəsmi şəxslər iştirak edib.

Görüşdə çıxış edən Türkiyə milli müdafiə nazirinin sözlərinə görə, Azərbaycan-Türkiyə arasında iki ayrı ölkə münasibətlərindən daha çox əzəli və əbədi qardaşlıq bağları ilə sarsılmaz həmrəylik ruhu var.

Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin sahib olduğu hərbi biliyin, nou-haunun və təcrübənin Azərbaycan Silahlı Qüvvələri ilə bölüşüldüyünü və bundan sonra paylaşılmağa davam edəcəyni vurğulayıb: ““Tək Vətən Əməliyyatı”nda olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında və bir ürək olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”.

Poliqon.az

CATEGORIES