Yunanıstan Almaniyadan “Marder 1A3” PDM-nin ilk partiyasını təhvil alıb

Yunanıstan Almaniyadan “Marder 1A3” PDM-nin ilk partiyasını təhvil alıb

Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal edilən “Marder 1A3” piyadanın döyüş maşınının (PDM) ilk partiyası Yunanıstan Ordusuna təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təhvil alınan 6 ədəd “Marder 1A3” PDM-nin Yunanıstan Ordusu üçün inteqrasiya prosesi bitdikdən sonra texnikalar 4-cü Korpus Qoşunlarının istifadəsinə veriləcək. Yunanıstan Müdafiə Nazirliyi bununla Quru Qoşunlarının döyüş qabiliyyətini, gücünü və effektivliyini artırmağı hədəflədiyini qeyd edib.

“Marder” PDM-i modifikasiyadan asılı olaraq bir ədəd 20 mm-lik Mk20 DM5 Rh202 avtomatik topu, iki (1A1) və ya bir (1A2 və 1A3) ədəd 7.62 mm-lik MG3 pulemyotu, “Milan” (1A2) və ya “Milan-2/2T” (1A3) tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb.

Bütün modifikasiyalarda heyət 3 nəfərdən ibarətdir. PDM 7 nəfərdən (A1) və ya 6-7 nəfərdən (1A2 və A3) ibarət desantın daşınmasını təmin edir.

Poliqon.az

CATEGORIES
TAGS